Şeydayevin komandası Çempionlar Liqasında məğlub oldu
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” Asiya Çempionlar Liqasında qrup mərhələsində üçüncü tur oyununa çıxıb.
Aut.az xəbər verir ki, sözügedən komanda Taylandda “Melburn Siti” ilə qarşılaşıb. Görüş Avstraliya təmsilçisinin qələbəsiylə başa çatıb – 2:0.
Ramil bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu 73-cü dəqiqə əvəzlənib.
“Buriram Yunayted” 3 turdan sonra 3 xalla qrupda 3-cü sıradadır.
