Çempionlar Liqası

AFFA rəsmisi ÇL-in oyununa təyinat ald

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker UEFA Çempionlar Liqasına təyinat alıb.

Aut.az xəbər verir ki, o, 7-ci tur çərçivəsində keçiriləcək PSV – “Liverpul” matçında hakimləri müşahidə edəcək. De Bleker Tobyas Styelerin başçılıq etdiyi almaniyalı hakimlər briqadasının işinə qiymət verəcək.

Qeyd edək ki, görüş yanvarın 29-da Niderlandda keçiriləcək. Görüşün start fiti saatt saat 00:00-da veriləcək.

“Liverpul” 21 xalla turnir cədvəlinin liderdir. PSV isə 11 xalla 19-cudur.