ÇL: “Qarabağ”ın potensial rəqibləri üz-üzə
Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.
Aut.az xəbər verir ki, ilk oyun günündə 13 qarşılaşma baş tutacaq.
Azərbaycan təmsilçisi “Qarabağ”ın III təsnifat mərhələsindəki potensial rəqibləri Şimali Makedoniyanın “Şkendiya” və Rumıniyanın FCSB klubları ilk oyunlarını keçirəcək.
Şimali Makedoniyanın paytaxtı Skopyedəki Toşe Proyeski adına Milli Arenada oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Azərbaycanlı FIFA referisi Elçin Məsiyevin idarə edəcəyi “Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan) matçı isə Bakı vaxtı ilə 22:45-də start götürəcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
22 iyul
19:00. “KuPS Kuopio” (Finlandiya) – “Kayrat Almatı” (Qazaxıstan)
20:00. “Linkoln” (Cəbəllütariq) – “Srvena Zvezda” (Serbiya)
20:00. “Noa” (Ermənistan) – “Ferentsvaroş” (Macarıstan)
21:00. RFS (Latviya) – “Malmö” (İsveç)
21:00. “Hamrun” (Malta) – “Dinamo Kiyev” (Ukrayna)
21:00. “Pafos” (Kipr) – “Makkabi Təl-Əviv” (İsrail)
21:00. “Kopenhagen” (Danimarka) – “Drita” (Kosovo)
21:00. “Viktoriya Plzen” (Çexiya) – “Servett” (İsveçrə)
22:00. “Şkendiya” (Şimali Makedoniya) – FCBC (Rumıniya)
22:15. “Slovan Bratislava” (Slovakiya) – “Zrinski” (Bosniya və Herseqovina)
22:30. “Lex Poznan” (Polşa) – “Breydablik” (İslandiya)
22:45. “Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan)
