“Qarabağ” – “Ayaks” oyununa neçə bilet satılıb?
“Qarabağ” ilə “Ayaks” arasında keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunun oyununa bilet satışı davam edir.
Aut.az xəbər verir ki, artıq 27650 bilet alınıb.
Bilet satışına 4 dekabrda start verilib.
Qeyd edək ki, “Qarabağ” – “Ayaks” qarşılaşması dekabrın 10-da keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın start fiti 21:45-də səsləndiriləcək.

