İngiltərədən gələn təklifləri rədd edib: Yalnız bu komandada oynayar
“Fiorentina”nın qapıçısı David de Xea İngiltərə klublarından gələn bir sıra təklifləri rədd etdiyini bildirib.
Aut.az xəbər verir ki, David bu ölkədə yalnız “Mançester Yunayted”də oynamağa hazır olduğunu bildirib.
“İngiltərədən gələn təklifləri rədd etdim, çünki uzun illər “Mançester Yunayted” kimi klubda keçirdikdən sonra İngiltərənin başqa klubunda oynamaq istəmədiyini hiss edirsən. Mən yalnız “Mançester Yunayted”ə getmək istəyirdim, İngiltərədən təkliflər var idi, amma başqa yerdə oynaya bilməyəcəyimi bilirdim. Orada çox vaxt keçirdim: məni formalaşdıran və gözəl karyera qurmağıma imkan verən klub oldu.
Mən hiss etdim ki, dincəlmək və daha güclü qayıtmaq vaxtıdır. İnsanlar məndən “nə vaxt qayıdacaqsan?” deyə soruşurdular. Hamını arxayın edirdim ki, eybi yoxdur, tezliklə qayıdacağam. Bir il oynamadıqdan sonra insanların bəzi şübhələri olması normal idi, amma bir və ya iki oyundan sonra yenidən özüm olacağıma əmin idim”, – De Xea deyib.
Futbolçu 2011-2023-cü illərdə “Mançester Yunayted”də çıxış edib. Bu müddət ərzində İngiltərə çempionu olub, ölkə kubokunu qazanıb, iki dəfə Liqa kubokunu, üç dəfə ölkə Superkubokunu, həmçinin Avropa Liqasının kubokunu qazanıb.
Aut.az
