İngiltərə

Bütün klublar bu rekorda həsəd aparırlar: Ardıcıl 3 matçda inanılmaz start

“Brentford” İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Aut.az xəbər verir ki, “arılar” buna 6-cu tur çərçivəsində baş tutan “Vest Hem”lə görüşdə nail olublar. 1-ci dəqiqədə Brayan Mbemo “Brentford”un heyətində fərqlənib.

“Opta”nın məlumatına görə, “ağ-qırmızılar” tarixdə ardıcıl üç Premyer Liqa matçının birinci dəqiqəsində qol vuran ilk klub olub.

Qeyd edək ki, komanda son iki turda “Mançester Siti” (1:2) və “Tottenhem” (1:3) klublarına ilk dəqiqələrdə qol vurub. “Mahmızlar”la oyunda bunu elə Mbemo edib.

Aut.az