İngiltərə

Premyer Liqa klubunda yeni baş məşqçi

“Vest Hem” rəsmi saytında Nuno Espirito Santonun baş məşqçi təyin olunduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı ilə 3 illik müqavilə imzalanıb. Qeyd olunur ki, Espirito Santo komandaya Premyer Liqanın 6-cı turunda, sentyabrın 29-da “Everton”la matçda başçılıq edəcək.

51 yaşlı mütəxəssis Qrem Potteri əvəzləyib.

Espirito Santo London klubuna təyin olunmazdan əvvəl “Nottingem Forest”i idarə edirdi. Portuqaliyalı sentyabrın 9-da qovulub.

İngiltərə çempionatının cari mövsümünün beş turundan sonra “çəkicdöyənlər”in üç xalı var və 19-cu yerdə, düşmə zonasında qərarlaşıb.

Aut.az