Bu da PSJ-nin Mbappeyə yeni müqavilə təklifi
PSJ hücumçusu Kilian Mbappe ilə müqaviləni uzatmaq niyyətindədir.
Aut.az xəbər verir ki, “El Chiringuito TV”-nin məlumatına görə, Paris klubu ona 2 illik müqavilə təklif etməyə hazırlaşır. Fransa nəhəngi futbolçuya hər mövsüm üçün 80 milyon avro maaş verməyə hazırdır.
Mbappenin yay transfer pəncərəsində PSJ-dən ayrıla biləcəyi bildirilir. “Real” futbolçunu heyətinə qatmağa əsas namizəd hesab olunur.
Qeyd edək ki, Fransız forvard 2018-ci ildən PSJ-də çıxış edir. Onun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Bu mövsüm Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 29 oyun keçirib, 30 qol vurub və 7 məhsuldar ötürmə edib.
