Dünya futbolu

Messini də, Martinesi də biabır etdi: İyrəncdir

UEFA prezidenti Aleksander Çeferin Argentina millisinin qapıçısı Emiliano Martinesin DÇ-2022-də etdiyi jesti iyrənc adlandırıb.

“Messi nəsə deməli, Martinesə irad bildirməli, “bu biabırçılığı qurtar” deməliydi. Hər kəsə hörmət göstərmək lazımdır. Axı Messi bütün il boyu Mbappe ilə oynayır.

Mən başa düşə bilmirəm ki, Martines niyə kuklalarla, bəzi əşyalarla Mbappeyə lağ edir. Bu, idmana yaraşmayan davranışdır, primitiv idi və xoşuma gəlmirdi.

Əlcək jesti, ümumiyyətlə  iyrəncdir. Belə etmirlər. Dünya çempionluğunu qazandınız! Buyurun, böyüklük göstərin, primitiv olmadığınızı göstərin. Sən mükəmməl qapıçı ola bilərsən, amma yaxşı insan deyilsənsə…”, – “Marca” Çeferindən sitat gətirib.

Aut.az