İngiltərə

Onu niyə qovmurlar?

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolaya indiyə qədər işlədiyi komandalardan niyə heç vaxt qovulmadığını, yalnız öz istəyi ilə getdiyi barədə sual veriblər.

Aut.az xəbər verir ki, Pep bu suala zarafatla cavab verib.

“Sizə bir sirr deyim – matçlarda qalib gəlirik. Qalib gəlməsəydik, məni çoxdan qovardılar. Bu ona görə deyil ki, mənim saçım başqalarından daha yaxşıdır. Məni ona görə qovmurlar ki, çox oyunda qalib gəlirik”, – deyə Qvardioladan “ Daily Mail” sitat gətirib.

İspan mütəxəssisin ingilis komandası ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Aut.az