Dünya futbolu

Ərəb sponsor peyda oldu: Pul verir ki, Messi…

PSJ-nin hücumçusu Lionel Messi “Barselona”ya qayıtmağa yaxındır.

Aut.az xəbər verir ki, BƏƏ-dən olan əsas sponsor bu keçidi maliyyələşdirmək niyyətindədir. Bu barədə jurnalist Şey Luqassi “Tvitter” hesabında məlumat verib.

Mənbənin bildirdiyinə görə, Barselona” 35 yaşlı argentinalı ilə müqavilə imzalayacağı təqdirdə, sponsor ona fair-play və maaşla bağlı problemlərdən qaçmağa imkan verəcək vəsait vermək niyyətindədir.

“Barselona” hazırda Messinin qayıtması üçün bütün mümkün variantları axtarır: indiki durumda klub Lionel Messi ilə müqavilə bağlamaq imkanına malik deyil.

Aut.az