Amorim onu MY-yə gətirmək istəyir: Bu qədər xərci var
“Sportinq”in vingeri Fransisko Trinkao 80 milyon avroya “Mançester Yunayted”ə keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Məlum olub ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim Lissabon klubunda birgə çalışdığı 25 yaşlı portuqaliyalı futbolçunu sərəncamında görmək istəyir.
Fransisko Trinkao 2023-cü ildə 7 milyon avroya “Barselona”dan “Sportinq”ə keçib. Lakin Kataloniya klubu müqaviləyə əsasən, növbəti satışdan pay alacaq.
Qeyd edək ki, bu mövsüm Trinkao 43 matçda 9 qol vurub və 15 məhsuldar ötürmə edib.
Aut.az
