Dünya futbolu

Nyu-Yorkda küçəyə Anrinin adı verildi – FOTO

Nyu-Yorkda bir küçəyə Fransa millisinin keçmiş hücumçusu Tyerri Anrinin adı verilib.

Aut.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Qərbi 50-ci küçə ilə 6-cı prospektin kəsişməsi “Thierry Henry Way” adlandırılıb. 2026-cı il Dünya Kuboku zamanı burada böyük bir fan zonası yerləşəcək. Əfsanəvi fransız futbolçusunun xatirə lövhəsi 1 noyabr 2026-cı ilə qədər orada qalacaq.

48 yaşlı Anri 1998-ci ildə Fransa millisi ilə Dünya Kubokunu qazanıb. O, karyerasını “Nyu-York Red Bulls”da başa vurmazdan əvvəl “Arsenal” və “Barselona” komandalarında oynayıb.

Aut.az

Nyu-Yorkda küçəyə Anrinin adı verildi - FOTO