Basketbol

Finallar tarixinin ən möhtəşəm geridönüşü: Beləsi olmayıb – VİDEO

“Nyu-York Niks” öz meydanında “San-Antonio Spörs”ü NBA final seriyasının 4-cü oyununda 107:106 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, ev sahibləri oyunun gedişində 29 xallıq fərqi aradan qaldıraraq NBA final seriyaları tarixində ən böyük geridönüşə imza atıblar.

Bundan əvvəl rekord 2008-ci ildə “Boston Seltiks”ə məxsus idi. Həmin komanda “Los-Anceles Leykers”ə qarşı oyunda 24 xal geri olsa da, qələbə qazanmışdı.

Aut.az