Basketbol

NBA-dan inqilabi qərar: Ulduzlar Oyununun formatı dəyişdirilir

NBA 2025-26 mövsümündə Ulduzlar Oyununu ABŞ – Dünya yığması formatında keçirmək planı üzərində işləyir.

Aut.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Görüşün 2026-cı ilin fevralın 15-də Kaliforniya ştatının İnqlvud şəhərində keçirilməsi planlaşdırılır.

NBA komissarı Adam Silver Fox Sports 1 telekanalına müsahibəsində matçın belə formatının mümkün olduğunu bildirib: “ABŞ – Dünya yığması matçından daha yaxşı nə ola bilər? Hələ formatın necə olacağına tam əmin deyiləm. Mən NHL-in etdiklərinə çox diqqət yetirmişəm və böyük uğurlar qazanıblar”.

Qeyd edək ki, NHL 2025-ci ildə ənənəvi “All-Star Game” (Ulduzlar Oyunu) əvəzinə Kanada, Finlandiya, İsveç və ABŞ komandaları ilə Dörd Millət Turniri keçirib.

Aut.az