Basketbol

Lebron karyerası ilə bağlı önəmli qərar qəbul edib

Şimali Amerikalı jurnalist və insayder Deyv Makmenamin ESPN US üçün materialında Lebron Ceymsin NBA-dakı gələcəyindən danışıb.

Aut.az xəbər verir ki, məqalədə deyilir: “Bu mövsüm “Lekers”  üçün əlçatan olacağı proqnozlaşdırılan maliyyə 5,7 milyon dollarlıq orta səviyyəli istisnadır. Çünki Lebron Ceymsin opsiondan istifadə edəcəyi və müqaviləsinin son ilində komandada qalacağı gözlənilir ki, bu da ona 52,6 milyon dollar qazandıracaq.

Beləliklə, Ceyms NBA-nın növbəti adi mövsüm oyununda meydançaya çıxmaqla liqa rekordu vuracaq – bu, onun karyerasında 23-cü mövsüm olacaq.

Aut.az