İspaniya

“Real” Mourinyonun təyinatını rəsmən açıqladı

Joze Mourinyo “Real Madrid”in baş məşqçisi təyin edilib.

Aut.az xəbər verir ki, onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.

“Bu gün, 11 iyun Cümə axşamı günü Florentino Peresin sədrliyi ilə keçirilən iclasda “Real Madrid”in direktorlar şurası Joze Mourinyonu növbəti üç mövsüm üçün, 30 iyun 2029-cu ilə qədər əsas komandanın baş məşqçisi təyin etmək qərarına gəlib.

Joze Mourinyo 13 iyulda, mövsümöncəsi məşqlərin başladığı gün “Real Madrid”ə qoşulacaq”, – klubun mətbuat xidmətinin açıqlamasında deyilir:.

Mütəxəssis daha əvvəl 2010-cu ildən 2013-cü ilə qədər Madrid klubuna rəhbərlik edib.

Aut.az