Dünya futbolu

Qazax jurnalist Çerçesovu bağışladı: Amma bir də belə hərəkət etsə…

Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesovla münaqişəyə girən jurnalist Nursultan Kurman rusiyalı mütəxəssisi bağışladığını bildirib.

Aut.az xəbər verir ki, cümə günü mətbuat konfransında Kurman Çerçesova qazax dilində sual verib və bu, məşqçinin qəzəbinə səbəb olub. O, jurnalistə “indi sənə osetin dilində cavab verim?” deyib.

“Budəfəki epizodu zarafat kimi qəbul etmək olar. Səhv etməyən insanlar yoxdur. Mən onu bu səhvinə görə bağışlayıram. Amma növbəti dəfə təkrarlanarsa, biz başqa tədbirlər görəcəyik”, – “Meta-ratings.kz” Kurmanın sözlərini sitat gətirib.

Aut.az