Dünya futbolu

Haaland iki qol da vursa…

Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda Norveç Avstriyanı 2:1 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, norveçlərin heyətində Erlinq Haaland qələbə qolunu vurub. Onun millidə 35 oyunda 32 qolu var. Bununla o, Norveç milli komandasının qol rekordunu qırmağa yaxınlaşıb.

Bu göstəricidə lider 1928-1937-ci illərdə komandada çıxış edən və 45 matçda 33 qol vuran Yergen Yuvedir.

Aut.az