Messinin 2-ci qolundan sonra Bekhemin qucaqladığı qadın kimdir? – VİDEO
Leo Messi “İnter Mayami”də keçirdiyi 2-ci oyunda dubl etdi.
Argentinalı futbolçu Liqa Kubokunda “Atlanta” ilə matçda (4:0) start heyətində meydana çıxmışdı.
Aut.az xəbər verir ki, bu oyunda “İnter Mayami”nin sahibi Devid Bekhemin davranışı diqqət çəkib.
Beks, təbii ki, matçı tribunadan izləyib və Leonun ikinci qolundan sonra yerini tərk edərək bir qadına yaxınlaşıb və onunla qucaqlaşaraq səmimi söhbət edib.
Həmin qadın Leonun anası Selii olub. Bekhem belə davranışı ilə sanki anaya, Messi kimi oğul doğduğu üçün təşəkkür edib.
Aut.az
https://www.youtube.com/watch?v=vrZ5bAnyVXo&t=34s
