“Golden Boy” mükafatına namizədlər açıqlandı: İki türk də var
“Tuttosport” “Golden Boy” mükafatının finalçılarının adlarını açıqlayıb.
Aut.az xəbər verir ki, yekun siyahıya yaşı 21-dən aşağı olan 25 futbolçu daxildir.
Siyahıda iki türk – “Real”ın və “Yuventus”un ulduzları – ArdaGülərlə, Kenan Yıldız da var.
Qalib Avropanın hər yerindən 50 jurnalistdən ibarət heyət tərəfindən müəyyən olunacaq və noyabrda elan ediləcək.
Aut.az
