DÇ-nin finalçıları bəlli oldu
Argentina və Mərakeş 20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatının finalında oynayacaq.
Aut.az xəbər verir ki, Afrika ölkəsinin yığması Fransanı penaltilər seriyasında mübarizədən kənarlaşdırıb, argentinalılar isə kolumbiyalıları minimal hesabla məğlub edib.
FIFA U-20 Dünya Çempionatı
Yarımfinal, 13 oktyabr
Mərakeş – Fransa 1:1 (1:0)
Qollar : 1:0 – Olmeta (32, aut), 1:1 – Mixal (59)
Argentina – Kolumbiya 1:0 (0:0)
Qol : 1:0 – Silvetti (79)
Xatırladaq ki, gənclər arasında dünya çempionatı Çilidə keçirilir.
Aut.az
