“Qadınların oğlanlarla oynamasına icazə verilməməlidir”
Türkiyəli qadın futbolçu Aylin Yaren İsveçrə qadın millisinin Luzern U-15 oğlan komandası ilə keçirdiyi və 1:7 hesabı ilə uduzduğu yoxlama oyunu barədə fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, onun fikrincə, bu cür görüşlərinkeçirilməsi mənasızdır, çünki oğlanlar təbii olaraq daha sürətli və dözümlüdür.
“Qadınların oğlanlarla oynamasına icazə verilməməlidir. Bu cür oyunlara bir daha ehtiyac yoxdur. Oğlanların əzələ gücü daha çoxdur. Bu da onları daha sürətli, daha güclü və dözümlü edir. Fiziki baxımdan bizdən üstündürlər. Bu isə motivasiyanı azaldır.
Qadın futbolunu hələ də kişi futbolu ilə müqayisə edirlər. Halbuki fiziki fərqlər çox böyükdür. Onlar sadəcə topu irəli vursalar, bizdən on beş addım öndə olurlar”.
Qeyd edək ki, Aylin Almaniyada doğulub və bu ölkənin U-17 yığmasında çıxış edib. Daha sonra isə Türkiyə milli komandasını seçib.
Aut.az
