Türkiyə

Türkiyə klubu baş məşqçisini istefaya yolladı

“Samsunspor”da baş məşqçi Hüseyin Eroğlu ilə yollar ayrılıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib.

“Samsunspor” çempionatda 5 oyundan sonra bir xalla sonuncu – 20-ci sıradadır.

Hüseyin bu mövsüm Super Liqada işindən göndərilən 5-ci mütəxəssisdir. Ondan əvvəl “Başakşəhər”də Emre Belözoğlu, “Kayserispor”da Çağdaş Atan, “Qaziantep”də Erdal Güneş, “İstanbulspor”da isə Fatih Tekke vəzifəsindən ayrılıb.