A seriyasının əfsanəsi Türkiyə nəhənginə keçir
Türkiyənin “Beşiktaş” klubu “Latsio”nun ulduzu Çiro İmmobilenin transferi üzərində çalışır.
Aut.az xəbər verir ki, İtaliya mətbuatının məlumatına görə, “Beşiktaş” 34 yaşlı hücumçuya illik 5 milyon avro maaşla 2 illik müqavilə təklif edib.
“Beşiktaş”ın problemi İmmobilenin “Latsio” ilə müqaviləsinin 2026-cı ilin yayına qədər olmasıdır. Türklər “Latsio”nun futbolçunu pulsuz buraxacağına ümid edirlər, lakin Roma klubunun prezidenti Klaudio Lotito hələlik belə bir addım atmağa hazır deyil.
“Transfermarkt” İmmobilenin dəyərini 4 milyon avro olaraq qiymətləndirir. 2023/2024 mövsümündə o, bütün turnirlərdə “Latsio”nun heyətində 43 matçda 11 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az
