BOK elan etdi: Barışıq başladı
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya barışığının başladığını elan edib.
Aut.az xəbər verir ki, bu barədə qurumun bəyanatında deyilir:
“Bu gün Olimpiya barışığı dövrü başlayır. Qlobal ictimaiyyəti dinc rəqabətdə bir araya gətirən tədbir olaraq, Parisdə keçiriləcək Yay Olimpiya Oyunları hamımıza bir araya gələ biləcəyimizə dair güclü bir xatırlatma olacaq”.
Bundan əvvəl BMT Baş Assambleyasının sədri Dennis Frensis silahlı münaqişələrdə iştirak edən tərəfləri Olimpiada müddətində qarşılıqlı atəşi dayandırmağa çağırıb.
Qeyd edək ki, Parisdəki oyunlar iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
