Dünya futbolu

Droqba bu iki şəxsə təşəkkür etdi

Didye Droqba Roman Abramoviç və Joze Mourinyoya təşəkkür edib.

Aut.az xəbər verir ki, Droqba karyerasının uğurlu alınmasına görə bu iki şəxsi fərqləndirib.

“Mourinyonun “Çelsi”yə keçidimlə bağlı sözlərini oxuyanda çox sevindim. Mənə inandıqları üçün Roman Abramoviçə (“Çelsi”nin keçmiş sahibi) və Jozeyə təşəkkür edirəm. Birlikdə çox gözəl anlar yaşadıq”, – Droqba bildirib.

Sabiq hücumçu 2004-2012-ci illərdə, eləcə də 2014/15 mövsümündə “Çelsi”də çıxış edib. London klubunun tərkibində Droqba Çempionlar Liqasının qalibi və dörd dəfə Premyer Liqa çempionu olub.

Aut.az