Nasser Əl-Xəlaifi qələbəyə görə kimə təşəkkür etdi?
PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi “Liverpul” üzərində qələbəni tarixi nailiyyət adlandırıb.
Aut.az xəbər verir ki, o, komandasının ÇL-dəki şansını da dəyərləndirib.
“Burada, “Enfild”də dünyanın ən yaxşı komandasına, Premyer Liqanın və Çempionlar Liqasının qrup mərhələsinin liderinə qalib gəlmək…
Şadam ki, gənc futbolçularla gözəl oyun keçirdik. Xarakterli futbolçularımız var. Biz təvazökar olmaq istəyirik, bu çox vacibdir. İndi Çempionlar Liqasını qazanacağımızı deyə bilərik, amma yox, biz hələ bundan çox, çox uzağıq.
Donnarummaya təşəkkür edirəm. Futbolçular PSJ-nin tarixini yazdılar. Və bu hekayə gələcək həftələrdə daha da gözəlləşə bilər. Dünyanın ən yaxşı komandası olmaqdan hələ çox uzağıq, təvazökar olmalıyıq. Amma nə isə qurmaqdan həzz alırıq. Uduzsaydıq belə, fikirlərim belə olacaqdı. Dünyanın ən yaxşı məşqçisi bizdədir, yaxşı komandamız var”, – PSJ-nin prezidenti bildirib.
Aut.az
