İrandakı etirazlarda 17 yaşlı futbolcu da öldürülüb
“Saipa”nın gənclər komandasının 17 yaşlı futbolçusu Rebin Moradi İranda hökumət əleyhinə etirazlar zamanı öldürülüb.
Aut.az xəbər verir ki, bu barədə “Hengaw” qeyri-hökumət təşkilatı məlumat yayıb.
Mənbənin məlumatına görə, faciəli hadisə cümə axşamı, yanvarın 8-də baş verib. 17 yaşlı futbolçu İran hökumət qüvvələri tərəfindən güllələnərək öldürülüb.
Rebin Moradi əslən Kirmanşah vilayətinin Babacani şəhərindən idi. 17 yaşlı kürd futbolcu Tehranda yaşayırdı.
O, Tehran Gənclər Premyer Liqasında “Saipa”nın gənclər komandasında çıxış edib.
Aut.az
