Dünya futbolu

Ronaldodan daha bir tarixi rekord

Millətlər Liqasının 5-ci turu çərçivəsində Portuqaliya millisi Polşanı 5:1 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, prineylilərin hücumçusu Kriştiano Ronaldo bunun sayəsində milli səviyyədə yeni rekorda imza atıb. 39 yaşlı hücumçu Portuqaliya millisinin heyətində 132-ci qələbəsini qazanıb. Bu, futbol tarixində mütləq rekorddur. Bu göstəriciyə nail olmaq üçün Kriştianu Portuqaliya millisində 215 oyun keçirməli olub.

Əfsanəvi futbolçu siyahıda İspaniya millisində 180 oyunda 131 qələbə qazanan “Real”dakı keçmiş komanda yoldaşı Serxio Ramosu geridə qoyub.

Aut.az