Dünya futbolu

Münasibətləri bitdi: Xəyanəti bağışlamadı

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema dördüncü övladını dünyaya gətirən model Cordan Ozuna ilə münasibətini kəsib.

Aut.az xəbər verir ki, cütlük nəhayət ki, ayrılıb. Bu barədə “Game, set and match” məlumat yayıb.

Cordan Kərimin bu ilin əvvəlində keçmiş həyat yoldaşı Xloe de Lano ilə xəyanətini bağışlaya bilməyib. O, Benzemanın Səudiyyə Ərəbistanındakı evini tərk edib və uzun müddətdir səyahət edir. Model tez-tez İspaniya, İtaliya və ABŞ-a səfər edir.

Benzemanın 3 fərqli qadından 4 övladı var: Kərimin Xloedən 2 qızı var – Melia və Nuri. Digər keçmiş həyat yoldaşı Cora Kotye isə oğlu İbrahimin anasıdır.

Aut.az