Boks

Əsl Tayson Polu 90 saniyəyə məhv edərdi – Morqan yazdı

Noyabrın 15-dən 16-na keçən gecə Arlinqtonda (ABŞ) peşəkar boks gecəsi baş tutub.

Aut.az xəbər verir ki, gecənin əsas hadisəsi əfsanəvi 58 yaşlı boksçu Mayk Tayson ilə məşhur bloger Ceyk Pol arasındakı döyüş olub.

Döyüş bütün səkkiz raund davam edib və hakimlərin yekdil qərarı ilə Pol qalib gəlib – 79-73.

Məşhur britaniyalı jurnalist və teleaparıcı Pirs Morqan sosial şəbəkədə Mayk Taysonla Ceyk Pol arasındakı döyüşdən yazıb.

“Əvvəlki Mayk Tayson Polu 90 saniyəyə məhv edərdi. 58 yaşlı Tayson 8 raundda özündən iki dəfə kiçik olan çox bacarıqlı boksçuya qarşı döyüşdü.

İstədiyiniz qədər ona istehza edin, amma Mayk şir ürəyinə, sahibdir və həmişə əsl əfsanə olaraq qalacaq”, – Morqan yazıb.

Aut.az