Boks

Rəqib olmaq istədiyi əfsanələrin adlarını açıqladı

Keçmiş dünya çempionu Deontey Uaylder qarşılaşmaq istədiyi rəqiblər barədə danışıb.

Aut.az xəbər verir ki, boksçu “Vegas Insider”ə açıqlama verib.

“Mən bu suala həmişə eyni cür cavab vermişəm və məhz bu səbəbdən ləqəbimi almışam. Söhbət Co Luisdən gedir. Bilirsiniz ki, onu vaxtilə “Qəhvəyi bombardmançı” adlandırırdılar. Mən Olimpiadada bürünc medal qazandıqdan sonra isə məni “Bürünc bombardmançı” çağırmağa başladılar. Təsəvvür edin, Bürünc və Qəhvəyi bombardmançıların döyüşü necə olardı. Bundan başqa, Evander Holifildlə də döyüşmək istərdim. O, layiq olduğu qədər qiymətləndirilmədi, amma dünyanın ən yaxşı boksçularından biri idi. Doğrudan da çox güclü döyüşçü olub”, – deyə Uaylder bildirib.

Qeyd edək ki, Uaylder son döyüşünü iyulun sonunda keçirib. Onun rəqibi Tayrell Herndon olub və qarşılaşma 7-ci raundda Deonteyin vaxtından əvvəl qələbəsi ilə başa çatıb.