Əfsanəvi kubalı İmanı belə öydü: Bütün dünya gördü ki…
Məşhur kubalı və amerikalı boks məşqçisi, “Mundo Boxing”in yaradıcısı Pedro Dias sosial şəbəkələrdə yetirməsi, qalmaqallı əlcəzairli boksçu İman Xelifin Olimpiadada (66 kq çəki dərəcəsində) qələbəsini şərh edib.
“Bu qələbə zəhmətin və fədakarlığın gücünə inananlara məxsusdur. İman Xelif dünyaya əsl çempionların necə olduğunu göstərdi!” – Dias sosial şəbəkələrdə yazıb.
2023-cü ildə Beynəlxalq Boks Assosiasiyası (ABB) tərəfindən keçirilən uğursuz gender testinə görə Xelif Dünya Boks Çempionatından kənarlaşdırılıb. Test boksçunun “XY (kişi) xromosomuna və yüksək testosteron səviyyələrinə sahib olduğunu” ortaya qoyub.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) “biokimyəvi test standartlarının aydın olmadığını və ABB-nin qeyri-şəffaf idarə edilməsini” əsas gətirərək, Xelifi Olimpiadaya buraxıb.
Aut.az
