Taysona qarşı döyüşəcək? – Bütün dünya ona heyrandır
Britaniyalı boksçu Entoni Coşua əfsanəvi amerikalı Mayk Taysona qarşı mümkün döyüşü şərh edib.
Aut.az xəbər verir ki, o, bunun mümkün olmayacağını bildirib:
“Mən Tayona hörmət edirəm, ona görə də onunla heç vaxt rinqə çıxmayacağam. Əgər onunla döyüşsəm, mənə nifrət edəcəklər. O, əfsanədir.
Mayk müasir dövrün ən yaxşı boksçusudur. Dünya yalnız iki tanınmış çempionu tanıyır – Mayk Tayson və Məhəmməd Əli. Boksçular haqqında danışarkən ən çox tanınan iki idmançı bunlardır.
Onun boksa qayıtmasına təəccüblənmirəm. Onun məşqə cəmi 15 saniyə sərf etməsi lazımdır və bütün dünya ona heyran olur. Bu, normaldır”
Aut.az
