Boks

Taysonla döyüş Ceyk Pola 90 milyon qazandırıb?

Amerikalı videobloqer Ceyk Pol Mayk Taysonla döyüşə görə onun ümumi qazancının 90 milyon dollar təşkil etdiyi barədə şayiələrə münasibət bildirib.

Aut.az xəbər verir ki, o, bu sözləri deyib:

“Xeyr, bunu kim dedi? Bu doğru deyil. Mən çox pul qazandım. Mən həmişəkindən daha çox. Amma məbləğ 90 milyon dollar deyil”.

Mayk Tayson və Ceyk Pol arasında döyüş noyabrın 16-da Arlinqtonda (ABŞ) baş tutub və 8 raunddan sonra videobloqerin hakimlərin qərarı ilə qalib gəlib. Rəsmi açıqlamaya görə Pol bu döyüşə görə 40 milyon dollar, Tayson isə yarısı qədər qonarar alıb.

Aut.az