Usik növbəti rəqibi kimi niyə onu seçdiyini açıqladı
WBC, WBA və IBF versiyaları üzrə ağır çəkili çempion Aleksandr Usik (24-0, 15 KO) niyə növbəti rəqibi kimi keçmiş dünya çempionu Deontey Uaylderi (44-5-1, 40 KO) seçdiyini açıqlayıb.
Aut.az xəbər verir ki, Usikin sözlərini “WorldBoxingNews” sitat gətirib.
“Mən Uaylderlə döyüşmək istəyirəm, çünki o, son illərdə çox məşhur boksçudur, çempion olub və çox təhlükəlidir. Mən təhlükəli rəqib axtarmıram, amma mənim bütün rəqiblərim onsuz da təhlükəlidir”, – Usik deyib.
Aut.az
