Əfsanə Anri ilə döyüşmək istəyir?
57 yaşlı amerikalı, beş çəki dərəcəsində dünya çempionu olmuş boksçu Roy Cons Junior maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, “Arsenal”ın əfsanəvi futbolçusu Tyerri Anri ilə nümayiş döyüşü keçirməyə hazır olduğunu bildirib.
“Tyerri Anri ilə nümayiş döyüşünə razı olardım? Mənim hansı idman növündə çıxış etdiyimi və kim olduğumu nəzərə alsaq, əgər yaxşı pul təklif olunsa, niyə də yox? Kimsə yaxşı məbləğ təklif etsə, əlbəttə, dərhal razılaşar və deyərəm: “Budur, yenidən formaya düşmək üçün səbəb”.
Sadəcə belə, boş yerə formaya düşmək istəmirəm və etməyəcəyəm də, çünki illərlə məşq etmişəm. Amma kimsə desə ki, “bizdə bu qədər pul var, gəl, hazırlaş və nümayiş döyüşü keçir”, razılaşaram.
Artıq belə tədbirlərdə iştirak etmirəm, çünki onların çoxu vaxt sərf etməyə dəymir. Ona görə də onlara xüsusi diqqət yetirmirəm. Amma onun kimi biri istədiyini etmək üçün lazımi məbləği ödəyə bilər”, – deyə Cons kiçik Sport Bible-a açıqlamasında bildirib.
Aut.az
