Boks

Trampın ziyafətində olay: Cek Pol Taysonu çiyninə qaldırdı – VİDEO

Bloger Cek Pol və boks üzrə keçmiş mütləq dünya çempionu Mayk Tayson keçən ilin noyabrında baş tutan döyüşdən sonra ilk dəfə yanvarın 20-də görüşüblər.

Aut.az xəbər verir ki, Pol və Tayson ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən sonra keçirilən ziyafətdə gündəmə gəliblər.

İnternetdə yayılan videoda bloger “Dəmir Mayk”ı çiyninə qaldırıb.

“Ən yaxşı dostlar”, – cəmi iki ay əvvəl 58 yaşlı Taysonu məğlub edən 28 yaşlı Pol “X” sosial şəbəkəsində videoya şərh yazıb.

Aut.az