Dünya futboluİspaniya

Messiyə Qvardiolanın bu VİDEOSUNU göstərdilər – Təsirləndi

Lionel Messi Argentinanın ESPN telekanalına geniş müsahibə verib.

Aut.az xəbər verir ki, jurnalistlər əfsanəyə gənc, hələ keçəl olmayan Pep Qvardiolanın Leonu tərifləyən köhnə videosunu göstəriblər. Qvardiola deyir:

“18 yalı Messi mənim 18 yaşında olduğumdan qat-qat yaxşıdır, daha yaxşı. Mən kifayət qədər bacarıqlı idim, amma o, daha yaxşıdır. Ən çətini öndə oynamaq, qol vurmaqdır. Amma bizim üçün, arxada oynayanlar üçün bu, çox asandır, daha asandır”.

Video 2006-cı ildə, Qvardiola karyerasının son günlərini keçirərkən çəkilib. Videonu təbəssümlə izləyən Leo belə reaksiya verib:

“Düşünürəm ki, futbolçu Qvardiola ilə yollarımız cəmi bir dəfə kəsişdi. Salam verdim, amma o zaman onu tanımırdım, ta bizim baş məşqçimiz təyin olunana qədər. “Barselona”nın start heyətində birgə oynamadıq. Düzünü desəm, həmişə dediyim kimi, Qvardiola unikaldır. İnanılmaz dərəcədə yaxşı məşqçilər var, lakin Qvardiolada xüsusi bir şey var. Fikrimcə, o, hamıdan yaxşısıdır”.

Aut.az