İspaniya

Onu dünyanın ən yaxşı oyunçularından biri hesab edirəm: Alkantara kimi deyir?

Tiaqo Alkantara Pedrinin futbolçu keyfiyyətlərini yüksək qiymətləndirib.

Aut.az xəbər verir ki, Tiaqo bu barədə İspaniya mətbuatına danışıb.

“Pedri inanılmaz futbolçudur, onu təkcə dünyanın ən yaxşı yarımmüdafiəçisi deyil, həm də dünyanın ən yaxşı oyunçularından biri hesab edirəm”, – “Barselona”nın keçmiş yarımmüdafiəçisi deyib.

22 yaşlı Pedri bu mövsüm La Liqada 31 matçda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Aut.az