İngiltərəİspaniya

“Barsa”ya keçmək üçün maaşının azaldılmasına razılıq verdi

“Mançester Yunayted”in vingeri Markus Reşford ona maraq göstərən “Barselona”nın futbolçusu olmaq arzusundadır və bunun üçün maaşının azaldılmasına razılıq verməyə hazırdır.

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Daha əvvəl mətbuatda 27 yaşlı futbolçunun “qırmızı şeytanlar”ın düşərgəsindəki maaşının həftəlik 325 min funt sterlinq olduğu barədə məlumatlar yayılmışdı.

Mənbənin sözlərinə görə, Reşford maaşının bir hissəsindən imtina etməyə hazır olsa da, transfer pəncərəsinin sonuna kimi futbolçulardan heç biri Kataloniya klubunu tərk etməsə, “Mançester Yunayted” ingilis hücumçunun maaşının yarısını ödəməli olacaq. Bu iki şərt yerinə yetirilərsə, “Barselona” Maliyyə Fair Play qaydalarına əməl edə biləcək.

Aut.az