İspaniyaÇempionlar Liqası

Trubinin qolu ispan jurnalistləri dəli etdi: Belə sevindilər – VİDEO

Ukraynalı qapıçı Anatoli Trubinin “Real Madrid”ə vurduğu möhtəşəm qol sosial mediada böyük müzakirələrə səbəb olub.

Aut.az xəbər verir ki, İspaniyanın “El Chiringuito TV” şousunda baş verənlər də gündəm olub.

Canlı yayım zamanı studiya ənənəvi olaraq jurnalistlərdən ibarət “Real” və “Barselona” azarkeşləri formalaşıb. Matçın son dəqiqələrində Trubin Kurtuaya qol vuranda, “Barselona” azarkeşləri sözün əsl mənasında dəli olublar. Onlar sevincdən yerə yıxılıblar,  bir-birini qucaqlayıblar, qışqırıblar.

Bu məğlubiyy “Real”ı ilk səkkizlikdən kənar qoyub, “Barsa” isə birbaşa 1/8 finala vəsiqə qazanıb. Lakin Madrid komandasına rəğbət bəsləyən mütəxəssis hisslərini cilovlaya bilməyib – həmkarları tarixi anı qeyd edərkən ümidsizliyə qapılaraq studiyanı tərk edib.

Video dərhal yayılaraq yüz minlərlə baxış toplayıb.

Aut.az