Gündoğanın “Siti”yə qayıdışının təfərrüatları məlum oldu
“Barselona”nı tərk etməyə hazırlaşan yarımmüdafiəçi İlkay Gündoğanın “Mançester Siti”yə keçidinin detalları müəyyənləşib.
Aut.az xəbər verir ki, türkəsilli futbolçu sabiq klubuna azad agent statusu ilə keçəcək. Bu barədə insayder Fabritsio Romano məlumat verib.
Mənbənin sözlərinə görə, 33 yaşlı yarımmüdafiəçi “şəhərlilər”lə 2025-ci ilin yayına kimi müqavilə imzalayacaq.
Xatırladaq ki, Gündoğan 7 il “Mançester Siti”də çıxış etdikdən sonra 2023-cü ilin yayında azad agent kimi “Barselona”ya keçmişdi.
Aut.az
