“Mançester Siti” “Liverpul”u ötdü
İngiltərə Premyer Liqasının 2-ci turunun matçında “Mançester Siti” “İpsviç”i qəbul edib və 4:1 hesablı qələbə qazanıb.
Aut.az xəbər verir ki, “şəhərlilər”in heyətində norveçli hücumçu Erlinq Haaland het-trik edib. Mançester klubu futbolçuların bir oyunda 3 qol vurma göstəricisində liderliyi bölüşdüyü “Liverpul”u qabaqlayıb – 42 dəfə.
Premyer Liqada “Arsenal”ın aktivində 38, “Mançester Yunayted”də 36, “Çelsi”də isə 30 het-trik var.
Aut.az
