İngiltərə

Pep “Liverpul”la “Arsenal”ın fərqini açıqladı – Haqlıdır?

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında çempionluq mübarizəsində əsas rəqibləri olan “Liverpul” və “Arsenal” klubları haqda fikirlərini bildirib.

“Liverpul” “Liverpul”dur, o, həmişə bizim rəqibimiz olaraq qalacaq.

Ötən mövsüm bizim əsas rəqibimiz “Arsenal” idi. Baxın necə oynayırlar. “Liverpul”a bir matçda qalib gəlmək üçün 90 dəqiqədən çox vaxt lazımdır, “Arsenal”a bəzən qalib gəlmək üçün yalnız 25 dəqiqə lazımdır. Buna görə də onlar bu qədər yüksəkdirlər”, – Qvardiola bildirib.

Bbazar günü, martın 10-da Premyer Liqanın 28-ci turu çərçivəsində “Mançester Siti” səfərdə “Liverpul”la qarşılaşacaq.

Aut.az