Messi, Suares və Alba qol vurdu, amma “İnter Mayami”… – VİDEO
“İnter Mayami” MLS-in növbəti turunda “Sent Luis Siti”ni qəbul edib.
Aut.az xəbər verir ki, Fort Lauderdeyldə DVR Stadionunda baş tutan görüş 3:3 hesabı ilə başa çatıb.
“Sent-Luis Siti”nin heyətində Kris Durkin və İndiana Vaasilev fərqlənib. “İnter Mayami”nin hücumçusu Luis Suares isə avtoqolla yadda qalıb.
“İnter Mayami”nin heyətində Lionel Messi, Luis Suares və Jordi Alba qol vurub.
Beləliklə, “İnter Mayami” ardıcıl iki oyundur (məğlubiyyət və heç-heçə) qalib gələ bilmir. “Sent-Luis Siti” üç matçlıq məğlubiyyət seriyasına son qoyub.
Növbəti mərhələdə “İnter Mayami” “Filadelfiya Yunion”la, “Sent-Luis Siti” isə “Portlend Timbers”lə qarşılaşacaq. Qarşılaşmalar müvafiq olaraq, iyunun 16 və 9-da baş tutacaq.
Aut.az
