Çempionlar Liqası

Ulduz futbolçular ÇL-in bombardiri mükafatına şərik oldular

İki futbolçu Çempionlar Liqasının 2023/24 mövsümünün bombardiri siyahısında birinci olub.

Aut.az xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe və onun “Bavariya”dakı həmkarı Harri Keyn hərəyə 8 qol vurub. Onlar hərəyə 12 oyun keçirib və hər ikisi 3 dəfə penaltidən qol vurub.

Çempion “Real”ın hücumçusu Vinisius Junior Çempionlar Liqasında 6 dəfə fərlqənib.

ÇL-in bombardirləri:

  1. Killian Mbappe (PSJ)              8 (3-p)
  2. Harri Keyn (Bavariya)              8 (3-p)
  3. Antuan Qrizmann (Atletiko)   6
  4. Vinisius Junior (Real)               6 (1-p)
  5. Erling Halland (Mançester S) 6 (2-p)

Aut.az