Ronaldinyo daha bir qalmaqalın mərkəzində
“Barselona”nın sabiq futbolçusu Ronaldinyo yenidən Braziliya ədliyyəsinin dıqqətini cəlb edib.
Aut.az xəbər verir ki, Ronaldinyo kriptovalyuta şirkəti ilə bağlı fırıldaqçılıq işi üzrə bu həftənin əvvəlində məhkəmə qarşısına çıxmalıdır.
Bu barədə “Ole” məlumat yayıb. Ronaldinyo kriptovalyutaların satışını idarə etməkdən məsul olan şirkətdə ortaq olmaqda və gündəlik 2% mənfəət vəd etməkdə ittiham olunur.
Lakin şirkət hesabları bloklayıb və investorlara pulu ödəməyib. 2020-ci ildə Ronaldinyoya qarşı sərmayəçilərdən təqribən 56,5 milyon avro məbləğində təzminat tələb edən qrup iddiası qaldırılıb.
Şirkət “18kRonaldinho” adlanır. Əvvəlcə bildirilib ki, firma zərgərlik və saatlarla bağlı biznes sahəsində ixtisaslaşıb. Lakin prokurorluğun məlumatına görə, o, kriptovalyutalarla əlaqəli maliyyə piramidasında yer alaraq bu işdən uzaqlaşıb. Ronaldinyonun müdafiəçisi iddia edir ki, onun müştərisi əslində müvafiq icazə olmadan onun imicindən və adından qanunsuz istifadə edən şirkətin qurbanı olub.
Bu, Ronaldinyonun üzləşdiyi ilk qalmaqal deyil. 2020-ci ilin mart ayında o, saxta pasportlar göstərdiyi üçün Paraqvay polisi tərəfindən həbs edilmişdi.
Aut.az
