55 yaşlı Van der Sar Runinin zərbəsini belə dəf etdi – VİDEO
Mayın 31-də “Vest Hem”in ev stadionunda daha bir xeyriyyə matçı – “Soccer Aid 2026” keçirilib.
Aut.az xəbər verir ki, dünya ulduzlarından ibarət komanda İngiltərə yığması ilə qarşılaşıb. “Mançester Yunayted”in əfsanələri Ueyn Runi və Edvin van der Sar bir-birlərinə qarşı mübarizə aparıblar.
Epizodların birində hücumçu topu komanda yoldaşından qəbul edib, müdafiəçidən yayınıb və sakitcə cərimə meydançasına daxil olub.
Ueyn sağ ayaqla yaxın küncə zərbə endirib, top dirəyə dəyərək meydanı tərk edib.
Yalnız təkrarda 55 yaşlı niderlandlının topa barmaqlarının ucu ilə toxuna bildiyi məlum olur.
Aut.az
